Lənkəranda “patı” əməliyyatı: 11 nəfər saxlanıldı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəranda növbəti “patı” əməliyyatında on bir nəfər saxlanılıb, onlardan birindən silah aşkarlanıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Zaur Hüseynov saxlanılıb. Keçirilən baxış zamanı onun üzərindən psixotrop maddə metamfetamin, yaşadığı evdən isə lüləsi və qundağı kəsilmiş ov tüfəngi, həmin silaha aid 4 ədəd patron aşkarlanaraq götürülüb.
Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri ilə rayon sakinləri E.Tağıyev, T.Mikayıllı, M.Əzimov, E.Mahmudov, İ.Şəfiyev, R.Rzayev, E.Abbaszadə, T.Rzayev, İ.Ələkbərov və F.Rzayev saxlanılıblar. Onların üzərindən hazır bükümlərdə heroin, metamfetamin və elektron tərəzilər aşkarlanaraq götürülüb.
Qalereya
Oxşar xəbərlər
Polisdən böyük əməliyyat - “Patı” satanlar ələ keçdi - VİDEO
Polis əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində əməliyyatlar qətiy...