Lənkəranda oğluna toy etmək istəyən şəxs cərimələnib
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sərtləşdirilmiş karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
BAKU.WS Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupuna istinadən xəbər verir ki, Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdiyi tədbirlərlə rayonun İstisu qəsəbəsinin sakini M.Əmirovun özünə məxsus fərdi yaşayış evində oğluna toy məclisi təşkil etməsi müəyyən edilib. Polis əməkdaşları dərhal həmin ünvana gələrək məclisin keçirilməsinin qarşısını alıb. Toy məclisinin təşkilatçısı M.Əmirov və daha 2 nəfər barəsində karantin rejiminin qaydalarını pozduqlarına görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib olunaraq cərimə ediliblər.
Oxşar xəbərlər
AQTA daha 97 obyektdə nöqsan aşkarladı - SİYAHI
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Azərbaycan Respu...