Lənkəranda odla ehtiyatsız davranan qadın yanıq xəsarətləri alıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəranda odla ehtiyatsız davranan qadın yanıq xəsarətləri alıb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Kərgəlan kəndində baş verib. Kənd sakini 1978-ci il təvəllüdlü Zəhra Fikrət qızı Hüseynova gündəlik təmizlik işləri görmək üçün həyətə düşüb. Həyətdəki təmizlik işlərindən sonra, küçədə yığılan zibil tullantılarını təmizləyib, yandırmaq istəyib. Tullantıların yanmadığını görən qadın, benzindən istifadə edib. Bu zaman ani ehtiyatsızlıq qadının özünün yanmasına səbəb olub. Onun qışqırığına anası və qonşuları gəlib.
Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası gəlib. Z.Hüseynova qonşu qadınların köməyi ilə təcili tibbi yardım maşınında Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan bildirilib ki, Z.Hüseynovanın bədəninin ümumi səthinin 2–3-cü dərəcəli texniki yanığı diaqnozu ilə TƏBİB-in tabeliyində fəaliyyət göstərən Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə daxil olub. Xəstəyə zəruri tibbi xidmətlər göstərilib, yaralar birincili işlənilib. Xəstə dərhal reanimasiya şöbəsinə köçürülüb, vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, vəziyyəti ağır olan Zəhra Hüseynova Bakı şəhərindəki klinikaların birinə göndərilib.
Qalereya
Oxşar xəbərlər
Qazaxda ərli qadının şok sərgüzəşti - Təfərrüat
Qazax rayonunda 1981-ci il təvəllüdlü Əzim şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı 1982-ci il təvəllüdlü həyat yoldaşı Fərqanəni (adlar şərti veril...