Lənkəranda narkotik tərkibli bitkilər yetişdirən şəxslər həbs edilib
Lənkəranda 116 ədəd narkotik tərkibli kol aşkarlanıb.
DİN-nin mətbuat xidmətinin Lənkəran regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Mirxas Abbasov, Elməddin Məmmədov və Şamil Kəlbiyev saxlanılıblar.
Onlardan aqrotexniki qaydada qulluq edilərək yetişdirdikləri 116 ədəd narkotik tərkibli kol aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Nəsimi rayonunda güclü yanğın başlayıb
Nəsimi rayonunda güclü yanğın başlayıb. BAKU.WS-in məlumatına görə, hadisə yerinə FHN-in yanğınsöndürənləri cəlb olunub. Hadisə ilə bağlı Fövqəladə Hallar Naz...