Lənkəranda "Mercedes"in vurduğu velosipedçi ölüb
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS Azərtac-a istinadən xəbər verir ki, qəza Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində baş verib. Hərəkətdə olan "Mercedes" markalı minik avtomobili velosipedçi, Girdəni kənd sakini 1981-ci il təvəllüdlü Murad Camal oğlu Quliyevi vurub. M.Quliyev ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılarkən yolda ölüb.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...