Lənkəranda fərdi yaşayış evi yandı, iki kənd işıqsız qaldı
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəranda fərdi yaşayış evində yanğın olub.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında Lənkəran rayonunun Cil kəndi ərazisində qeydə alınıb.
Belə ki, kənd sakini Elvin Nuriyevə məxsus ümumi sahəsi 480 m² olan, ikimərtəbəli, altı otaq və bir aynabənddən ibarət fərdi yaşayış evi əşyaları ilə birlikdə tamamilə yanıb.
Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Lənkəran Yanğından Mühafizə Hissəsinin üç texnikası və 16 nəfər canlı qüvvəsi cəlb olunub. Görülən tədbirlər nəticəsində yanğın söndürülüb və alovun ətrafdakı evlərə keçməsinin qarşısı alınıb.
Yanğın zamanı xəsarət alan olmayıb.
Qeyd edək ki, yanğın səbəbinə görə Cil və Şağlaser kəndlərində elektrik enerjisinin verilişində iki saata yaxın fasilə yaranıb.
Faktla bağlı araşdırma davam etdirilir.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...