Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəranda yol qəzası baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb.
Masallı rayon Həsənli kənd sakini 1960-cı il təvəllüdlü Məhəmmədhüseyn Hüseyn oğlu Fərəcovun idarə etdiyi “Mercedes” markalı, 44-BR-444 nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı divara çırpılıb. Zərbənin təsirindən avtomobil deformasiyaya uğrayıb. Sürücü avtomobildən çıxarılaraq təcili yardım avtomobil ilə xəstəxanaya çatdırılıb, vəziyyəti ağır qiymətləndirilir.
M.Fərəcovun Həsənli kəndində ingilis dili müəllimi işlədiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Bir yumruqla qətl hadisəsi: Canlı yayımda elə söz dedi ki...
Gəncə şəhərində 1998-ci il təvəllüdlü Elmar şəxsi münasibətlər zəminində münaqişə zamanı 1983-cü il təvəllüdlü Sahibi qətlə yetirib. BAKU.WS “teleqraf.com”a ist...