Lənkəranda balıq tutan şəxsi cərəyan vuraraq öldürüb
Yeniliklərdən dərhal xəbərdar olun
Yüksək gərginlikli elektrik xətləri altında balıq tutan Lənkəran sakinini elektrik cərəyanı vurub.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə Lənkəran rayonunun Göyşaban kəndi ərazisində qeydə alınıb. Şəhər sakini 1996-cı il təvəllüdlü Fərid adlı şəxs, ərazidən keçən 11 metr hündürlükdə yüksək gərginlikli elektrik cərəyanının altında, Girdəniçayda balıq tutmaq istəyib.
Bu zaman onu elektrik cərəyanı vurub və çaya düşüb. O, aldığı xəsarətlərdən ölüb. Hadisə yerinə FHN- nin Sularda Xilasetmə Dövlət Xidmətinin Cənub dalğıc-xilasediciləri cəlb olunub. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Buzovnada batan TÜRKİYƏLİ İŞ ADAMIDIR - FOTO - VİDEO - YENİLƏNİB
Xəbər verdiyimiz kimi, bu gün Buzovna qəsəbəsi yaxınlığında dənizdə 1 nəfər batıb. BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, dənizdə batan həmin şəxs Türk...