Lənkəranda avtomobillər toqquşub, beş nəfər xəsarət alıb
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəran-Lerik magistralının Lənkəranın Şağlaküçə kəndi ərazisindən keçən hissəsində avtomobillər toqquşub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, "Toyota Prius" və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Xəsarət alanların şəxsiyyəti məlum olub:
- Mirşamil Namiq oğlu Hüseynzadə (1997-ci il təvəllüdlü, Xarxatan kəndi)
- Mirabidin Asəf oğlu Məmmədzadə (1997-ci il təvəllüdlü, Xarxatan kəndi)
- Aydan Eldar qızı Alxaslı (2005-ci il təvəllüdlü, Şovu kəndi)
- Elgin Cavad oğlu Məmmədli (2004-cü il təvəllüdlü, Şovu kəndi)
- Fərid Mübariz oğlu Ələsgərli (2005-ci il təvəllüdlü, Rvo kəndi)
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...