Lənkəranda avtomobil körpüdən çaya aşıb, ölən və xəsarət alan var
Lənkəranda ağır yol qəzası baş verib, ölən və yaralanan var.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Lənkəran–Boradigah yolunun Separadi kəndi ərazisində qeydə alınıb.
Belə ki, Masallı rayonunun Mahmudavar kənd sakini Sultan İlkin oğlu Hacıyev idarə etdiyi "Hyundai" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil əvvəlcə yol kənarındakı rabitə dirəyinə, daha sonra körpünün dəmir konstruksiyasına çırpılıb. Avtomobil təxminən 20 metr hündürlükdən çaya düşüb.
Qəza nəticəsində sürücü və sərnişin – Masallı rayonunun Mahmudavar kənd sakini, 25 yaşlı Ümid Nicat oğlu Möhübbətov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Ətrafdakı insanların köməyi ilə onlar sudan çıxarılaraq təcili tibbi yardım vasitəsilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Lakin Ümid Möhübbətov aldığı ağır xəsarətlər səbəbindən xəstəxanada ölüb. Sürücünün vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
İstismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla 16-19 mart tarixlərində Ağdərə rayonu ər...