Lənkəranda avtomobil aşaraq hasara çırpılıb, ölən və xəsarət alanlar var
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəran rayonunda ağır yol qəzası baş verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Şağlaser kəndi ərazisində qeydə alınıb.
Belə ki, "VAZ-2107" markalı minik avtomobili idarəetmədən çıxaraq elektrik dirəklərinə, daha sonra isə hasara çırpılıb. Qəza nəticəsində avtomobildə olan 2006-cı il təvəllüdlü Amil Ehtiram oğlu Sadıqov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Nəqliyyat vasitəsində olan daha dörd nəfər - 2003-cü il təvəllüdlü Ruslan Fikrət oğlu Rəsulov, 2006-cı il təvəllüdlü Qurbanəli Ətafil oğlu Salayev, 2005-ci il təvəllüdlü Elvin Əbdül oğlu Əliyev və 2006-cı il təvəllüdlü Əbdül Tapdıq oğlu Kərimov isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...