Lənkəranda avtomobil ağaca çırpılıb - Ölən var - FOTO
Lənkəranda avtomobil ağaca çırpılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Lənkəran - Boradigah - Masallı yolunun Lənkəran rayonu Vilvan kəndi ərazisində baş verib.
Belə ki, Lənkəran rayon Xarxatan kənd sakini, 1968-ci il təvəllüdlü Natiq İltifat oğlu Məmmədov idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı ağaca və elektrik dirəyinə çırpılıb. Ağır bədən xəsarətləri alan sürücü Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Lənkəranda dostlar yumaq üçün götürdükləri avtomobillə ağır qəza törədiblər - YENİLƏNİB - FOTO
Lənkəranda dostlar yumaq üçün götürdükləri avtomobillə ağır qəza törədiblər. BAKU.WS report-a istinadən xəbər verir ki, avtoyuma məntəqəsində çalışan Lənkəran ş...