Lənkəranda ana doğuşdan sonra ölüb
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəranda ana ölümü baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəran Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb. Rayonun Girdəni kənd sakini, 1996-cı il təvəllüdlü Gülnar Rauf qızı Babayeva bu gün saat 09:25 radələrində hamiləliyinin 38-39-cu həftəsində xəstəxanaya daxil olub. Qadının üzərində qeysəriyyə əməliyyatı aparılıb və körpə ana bətnindən götürülüb. Əməliyyatdan sonra xəstədə qanaxma başlayıb. Həkimlərin səylərinə baxmayaraq G.Babayeva dünyasını dəyişib.
Qeyd edək ki, bu, qadının ikinci hamiləliyi olub.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Hacıqabulda ana doğuşdan sonra ölüb
Hacıqabulda ana doğuşdan sonra ölüb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Hacıqabul Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsində qeydə alınıb. Rayon...