Lənkəranda altıyaşlı oğlanı maşın vurdu, vəziyyəti ağırdır

Lənkəranda altıyaşlı oğlanı maşın vurdu, vəziyyəti ağırdır
Hadisə 83

Lənkəran şəhərində avtomobil altıyaşlı oğlanı vurub.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, məlumatına görə, hadisə səhər saat 09:30-da şəhərin 20 Yanvar küçəsində baş verib.

Şəhər sakini, 1979-cu il təvəllüdlü Azər Əsgərov idarə etdiyi QAZ-3110 markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən 2019-cu il təvəllüdlü A.İsmayılzadəni vurub.

Xəsarət alan uşaq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda azyaşlının vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər