Lənkəranda AĞIR QƏZA: Beş yaralı var

Lənkəranda AĞIR QƏZA: Beş yaralı var
Hadisə 60

Lənkəranda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.

BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

"Oktyabrın 10-u saat 08:00-da Lənkəran-Lerik yolunun Təngivan kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində beş nəfər (dörd qadın, bir kişi) Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozları təyin olunub", - məlumatda qeyd olunub.

Bildirilib ki, hazırda pasiyentlərin müalicələri tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyətləri stabil olaraq qiymətləndirilir.

***

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran-Lerik magistralında, Lənkəran rayonunun Şovu kəndi ərazisində qeydə alınıb. 2003-cü il təvəllüdlü Murad Mirzəzadənin idarə etdiyi VAZ-2106 markalı nəqliyyat vasitəsi Eldəniz Əmrəyevin idarə etdiyi "Reno" markalı avtomobillə toqquşub.

VAZ-2106-nın sürücüsü və digər avtomobildə olan sərnişinlər - 7 yaşlı X.Məmmədli, 12 yaşlı F.Əmrəzadə, 17 yaşlı E.Əmrəzadə və 17 yaşlı Ş.Sultanova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran xəstəxanasına hospitalizasiya olunublar.

Qeyd edək ki, xəsarət alanlardan ikisi şagird, ikisi tələbədir.

Son xəbərlər