Lənkəranda ağac avtomobilin üzərinə aşıb, qayınana və gəlin xəsarət alıb
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəran rayonunda ağac avtomobilin üstünə aşıb, xəsarət alanlar var.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun rayonunun Parakənd kəndindən keçən hissəsində baş verib.
Astara rayonu Təngərüd kənd sakini, 1967-ci il təvəllüdlü Dəmir Sərvaz oğlu Müzəffərov idarə etdiyi "VAZ-2107" markalı nəqliyyat vasitəsi ilə Lənkəran rayonu istiqamətində hərəkətdə olarkən Parakənd kəndi ərazisində yol kənarında çürümüş ağac avtomobilin vasitəsinin üzərinə aşıb.
Nəticədə avtomobildə olan sürücünün qızı, 1988-ci il təvəllüdlü Nüşabə Dəmir qızı Müzəffərova və onun qayınanası, 1960-ci il təvəllüdlü Təzəgül Sabir qızı Babayeva müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...