Lənkəranda 18 yaşlı şəxs göldə boğularaq ölüb
19
avq
2025
13:16
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəran rayonunda 18 yaşlı şəxs göldə boğularaq ölüb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Tükəvilə kəndi ərazisində baş verib.
Kənd sakini, 2007-ci il təvəllüdlü Tohid Bəhram oğlu Ələsgərov ehtiyatsızlıqdan sahələrin suvarılması üçün yaradılan gölə yıxılıb və suda boğulub.
Yaxınları hadisədən xəbər tutandan sonra göldəki suyun səviyyəsi azaldılıb və meyiti sudan çıxarmaq mümkün olub.
Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...