Ləman komadan ayıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Yasamaldakı yanğında ağır xəsarət alan Ləman Qulamovanın vəziyyəti açıqlanıb.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) 2000-ci il təvəllüdlü şəxsin Yeni Klinikanın Reanimasiya şöbəsində müalicəsi davam etdirildiyi bildirilib:
"Hazırda pasiyentin vəziyyəti ağır stabildir. Xəstə koma vəziyyətindən çıxıb, süni tənəffüs aparatından ayrılıb, huşu açıqdır və adekvatdır. Bununla belə, yüksək axımlı oksigen müalicəsi ilə tənəffüs dəstəyi davam etdirilir.
Tənəffüs patterni (xəstənin nəfəs alıb-vermə tərzinin xarakteri) hələlik tam normallaşmadığından, intensiv müayinə və müalicə tədbirləri planlı şəkildə davam etdirilir", - məlumatda qeyd edilib.
Qeyd edək ki, Yasamalda yaşayış binasında baş vermiş yanğında 3 nəfər həyatını itirib, 27 nəfər isə xəsarət alıb. Yanğın zamanı həlak olanlardan Bakı Milli Geyim Evinin rəhbəri Könül Hümbətova Ləmanın anasıdır.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...