"LC Waikiki" anbarında yanğın olması xəbərlərinə REAKSİYA VERDİ

LC Waikiki anbarında yanğın olması xəbərlərinə REAKSİYA VERDİ
Açıqlama
Hadisə 193

"LC Waikiki" mağazalar şəbəkəsinin anbarında yanğın baş verməsi xəbərlərinə aydınlıq gətirib.  

Şirkətin Marketinq Direktoru Mehriban Fətəliyevanın BAKU.WS-ə verdiyi məlumata görə, bu məlumatların həqiqətlə heç bir əlaqəsi yoxdur.

"Son günlər bəzi platformalarda LC Waikiki mağazalar şəbəkəsinin deposunda yanğın baş verdiyinə dair əsassız və doğruluğu təsdiqlənməmiş məlumatlar yayılmışdır. Bu məlumatların həqiqətlə heç bir əlaqəsi yoxdur. Şirkətimizin heç bir deposunda yanğın hadisəsi baş verməmişdir və hazırda bütün əməliyyatlarımız adi qaydada davam edir. LC Waikiki olaraq müştəri məmnuniyyəti və təhlükəsizliyini hər zaman ön planda saxlayırıq. Bu cür yanlış informasiyaların yayılması narahatlıq yaratmaqla yanaşı, ictimai rəyi çaşdıra bilər. Sizi yalnız rəsmi kanallar vasitəsilə yayımlanan məlumatlara əsaslanmağa çağırırıq".

***12.21 "LC Waikiki" mağazalar şəbəkəsinin anbarında yanğın baş verib.

BAKU.WS xəbər verir ki, bu barədə Musavat.com məlumat yayıb.

Bildirilib ki, hadisə mağazalar şəbəkəsinin Binəqədidə yerləşən anbarında iyulun 6-da gecə saat 02:00 radələrində baş verib. Yanğın nəticəsində xeyli miqdarda ziyan dəyib. Şirkətin xeyli sayda geyim əşyaları yanaraq məhv olub.

İlkin məlumata görə hadisə qısapanmadan baş verib.

Son xəbərlər