“Land Rover”in sürücüsü piyadanı vurub öldürdü - VİDEO

“Land Rover”in sürücüsü piyadanı vurub öldürdü - VİDEO
Video
Hadisə 206

Bakıda 31 yaşlı oğlanı avtomobil vurub.

BAKU.WS-in oxu.az-a istinadla məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

Belə ki, Elçin Əli oğlu Rüstəmovun idarə etdiyi “Land Rover” markalı, 90-ON-204 dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olan zaman yolu keçən piyada - 1991-ci il təvəllüdlü Nazim Fuad oğlu Nağıyevi vurub.

Həmin şəxs müxtəlif dərəcəli xəsarətlər alıb və xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər