İlan vuran 3 yaşlı uşaq sağaldı - FOTO

İlan vuran 3 yaşlı uşaq sağaldı - FOTO
Hadisə 171

Ağdaş rayonunda 3 yaşlı uşağı ilan sancıb.

Bu barədə BAKU.WS-ə Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu bildirib.

O qeyd edib ki, hadisə rayon ərazisindəki taxıl sahələrinin birində baş verib. 2019-cu il təvəllüdlü Emin Niftəliyev bacısı ilə taxıl sahəsində oynayarkən onu qəfil ilan sancıb.

3 yaşlı körpə valideynlərinin köməyi ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasına, oradan isə ağır vəziyyətdə Bakıdakı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlərin səyi nəticəsində uşağın həyatı xilas edilib.

İlan vuran 3 yaşlı uşaq sağaldı - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər