Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
Yeniliklərdən dərhal xəbərdar olun
Laçında ANAMA-nın bölmə rəhbərləri həbs edilib.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə sentyabrın 11-i Laçın şəhərinin mərkəzində baş verib.
ANAMA-da bölmə rəisi işləyən 1985-ci il təvəllüdlü S.Məmmədovun (şərti) idarə etdiyi "Hyundai Sonata" markalı avtomobil yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Bu zaman sərxoş vəziyyətdə olan və sürücülük kəmərindən istifadə etməyən sürücü ilə onun yanında əyləşən, spirtli içkinin təsiri altında olan 31 yaşlı sərnişin T.Qurbanov ucadan səs-küy salmağa, söyüş söyməyə başlayıblar.
İctimai asayişi pozan şəxslər saxlanılaraq bölməyə aparılıblar. Burada onların ikisinin də ANAMA əməkdaşı olmaları, həmin qurumda bölmə rəisi vəzifəsində çalışmaları müəyyənləşib.
Barələrində inzibati protokol tərtib edilən şəxslər Laçın Rayon Məhkəməsinin qərarı ilə 8 sutkalıq inzibati həbs ediliblər.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...