Laçında qardaşı tərəfindən öldürülən müğənni vəzifəli şəxs imiş

Laçında qardaşı tərəfindən öldürülən müğənni vəzifəli şəxs imiş
Hadisə 296

Ötən gün Laçında qardaşı tərəfindən öldürülən Səfər Quliyev vəzifəli şəxs olub.

BAKU.WS Teleqraf.com-a istinadən xəbər verir ki, Laçın rayonunun Qozlu kənd inzibati ərazi dairəsinin Fingə kəndində daimi qeydiyyatda olan, Ağcabədi rayonunun Şərəfxanlı kəndində müvəqqəti məskunlaşmış, 07.12.1967-ci il təvəllüdlü Səfər Əsgər oğlu Quliyev Mədəniyyət İşçilərinin Həmkarlar İttifaqının Laçın rayon komitəsinin sədri vəzifəsində çalışırmış.

Mərhum ailəli olub, 2 qızı və 2 oğlu qalıb.

Qeyd edək ki, Səfər Laçınlı kimi tanınan müğənni və iş adamı ötən gün qardaşı Ağcabədi rayonunun Taxta Körpü ərazisindəki 552 ailəlik qəsəbədə məskunlaşmış, 1973-cü il təvəllüdlü Xasay Əsgər oğlu Quliyev tərəfindən Laçın rayonunun Fingə kəndi ərazisində aralarında yaranmış mübahisə zəminində ov tüfəngi ilə öldürülüb.

S.Quliyevin nəşi yaşadığı Ağcabədi rayon Şərəfxanlı kəndinə gətirilib, dəfni üçün hazırlıq işləri görülür.

Faktla bağlı araşdırma davam etdirilir.

Son xəbərlər