Laçında öldürülən müğənni ilə bağlı TƏFƏRRÜAT: "Qardaşı onu elə qaldığı çadırda qətlə yetirib"

Laçının Fingə kəndində güllələnmə hadisəsi baş verib.
Belə ki, Ağcabədi rayonunun Şərəfxanlı kəndində müvəqqəti məskunlaşan 58 yaşlı Səfər Quliyevin qardaşı, 52 yaşlı Xasay Quliyev tərəfindən ov tüfəngi ilə öldürüldüyü bildirilir.
"Qardaşı onu 2 güllə ilə qaldığı çadırda qətlə yetirib. Hadisə baş verəndə bizə zəng etdilər gəldik. Hamı onları mehriban görüb. Aralarında nə münaqişə olub bilmirəm", - kənd sakini Tofiq Əliyev söyləyib.
Qeyd edək ki, bölgədə müğənni kimi tanınan Səfər Quliyev Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Laçın Rayon Komitəsinin sədri vəzifəsində çalışırmış. Mərhumun nəşi Ağcabədinin Şərəfxanlı kəndinə gətirilib və orada dəfn edilib.
Cinayət əməlini törətməkdə şübhəli bilinən Xasay Quliyev isə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Xırdalanda güclü YANĞIN: 11 ev KÜLƏ DÖNDÜ
Xırdalanda yanğın hadisəsi baş verib, 11 ev yanıb. BAKU.WS Xəzər TV-yə istinadən məlumat verir ki, bir evdə başlayan yanğın digər mənzillərə də keçib. Səbəbi is...
