Laçında məhdudlaşdırılan yanğının ilkin səbəbi açıqlanıb

Laçında məhdudlaşdırılan yanğının ilkin səbəbi açıqlanıb
Hadisə 114

Laçın rayonu, Hoçaz kəndi istiqamətində dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb. Hadisəyə səbəb bura gələn turistlərin odla ehtiyatsız davranmaları ehtimal edilir.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Laçın Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini, daxili xidmət kapitanı Süleymanov Ruslan bildirib.

Onun sözlərinə görə, yanğın baş verən ərazi dağ-meşəlik və minadan təmizlənməmiş sahə olduğu üçün müəyyən çətinliklər yaranıb:

"Yanğının baş verdiyi ərazidə alovun təsirindən mina partlayışı baş verdiyi üçün canlı qüvvə və texnika yanğın sahəsinə birbaşa müdaxilə edə bilməyib. Yanğına səbəb ilkin ehtimal olaraq istirahətə gələn turistlərin təhlükəsizlik qaydalarına əməl etməmələridir. 10 hektara yaxın ərazini əhatə edən yanğın məhdudlaşdırılıb".

Oxşar xəbərlər

Ucarda sahibsiz itlər 61 yaşlı sakinə hücum etdilər

Ucarda sahibsiz itlər 61 yaşlı sakinə hücum etdilər

Ucar rayonunda sahibsiz itlərin hücumu nəticəsində 61 yaşlı sakin xəsarət alıb. Hadisə rayonun 28 May küçəsi ərazisində qeydə alınıb. Zərərçəkən Rəhman Əsgərov...

47 Hadisə 23:48 24 dekabr 2025

Son xəbərlər