Laçın və Kəlbəcərdə yanğının söndürülməsinə iki helikopter cəlb edilib

Laçın və Kəlbəcərdə yanğının söndürülməsinə iki helikopter cəlb edilib
Video
Hadisə 14

Laçın və Kəlbəcər rayonlarının dağlıq hissəsində davam edən yanğınların söndürülməsinə iki helikopter cəlb olunub.

BAKU.WS report-a istinadən xəbər verir ki, Laçın və Kəlbəcər rayonlarında dağlıq ərazilərdə bir neçə gündür davam edən yanğının meşə massivinə keçməsinin qarşısının alınması üçün tədbirlər görülür.

Əraziyə Fövqəladə Hallar Nazirliyi (FHN) Aviasiya dəstəsinin iki helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğının məhdudlaşdırılması üçün havadan və qurudan yanğınsöndürmə əməliyyatları davam etdirilir.

Son xəbərlər