Laçın sakini Ağcabədidə niyə boğulub ölüb? - Səbəb
10
okt
2026
09:36
Ağcabədidə balıq tutmağa gedən Laçın sakini göldə boğularaq həyatını itirib.
BAKU.WS "Unikal"a istinadla xəbər verir ki, hadisə Ağcabədi rayonunun Taxta Körpü ərazisində yerləşən göldə baş verib.
Belə ki, Laçın rayonunun Fingə kənd sakini 1974-cü il təvəllüdlü Rafiq Əliyev balıq tutarkən suda boğulub.
Onun meyiti ərazidən keçən sakinlər tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Masazırda 4 maşın yandı - ANBAAN VİDEO
Abşeron rayonunun Masazır qəsəbəsində dörd avtomobil yanıb. BAKU.WS xəbər verir ki, hadisə Yeni Bakı yaşayış massivində qeydə alınıb. Əraziyə Fövqəladə Hallar N...