Kürdəmirdə zəncirvari YOL QƏZASI: Xəsarət alanlar var - FOTO

Kürdəmirdə zəncirvari YOL QƏZASI: Xəsarət alanlar var - FOTO
Foto
Hadisə 95

Kürdəmirdə zəncirvari yol qəzası baş verib.

BAKU.WS Report-a istinadla xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Hyundai" markalı avtomobil Kürdəmir istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil əvvəlcə yolda hərəkət edən qoşqulu traktora, sonra isə onunla əks istiqamətdən gələn "Ford" markalı mikroavtobusa çırpılıb.

Minik avtomobili bundan sonra yoldan çıxaraq yol kənarına aşıb. Hadisə zamanı "Hyundai"ın sürücüsü və onun sərnişini müxtəlif dərəcəli ağır xəsarətlər alıblar.

Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər