Kürdəmirdə yük avtomobili yanıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kürdəmir rayonu, Qarabucaq qəsəbəsi ərazisində yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.
BAKU.WS nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidməti Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində "SCANİA" markalı yük avtomobilinin qoşqu hissəsində baş vermiş yanğın avtomobilin digər hissələrinə, o cümlədən qoşqunun üzərində olan müxtəlif markalı səkkiz ədəd minik avtomobilinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində qoşqunun bir ədəd təkəri yanıb.
Yük avtomobili və qoşqunun üzərində olan minik avtomobilləri yanğından mühafizə olunub.

Oxşar xəbərlər
Konstantin Kuçer məhkəməyə "sirk" dediyi üçün ona xəbərdarlıq edildi: "Oleq Bakinski"nin cinayət işi
Azərbaycanda xuliqanlıqda ittiham olunaraq həbs edilən ukraynalı milyonçu, kriminal aləmdə "Oleq Bakinski" ləqəbi ilə tanınan Oleq Krapivin və Konstantin Kuçeri...