Kürdəmirdə qanunsuz tikili sökülüb

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb.
BAKU.WS nazirliyə istinadən xəbər verir ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri daxilində respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Bu çərçivədə, Kürdəmir rayonunun Xırdapay kəndi ərazisində fiziki şəxs Abbaszadə Elsevər Əvəz oğlu tərəfindən qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinin və Kürdəmir Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.

Oxşar xəbərlər
Bakıda 11 il cəza çəkən keçmiş məhkum yenidən həbs edildi
Bakıda cəza müddəti başa çatan keçmiş məhkum yenidən həbs edilib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəss...
