Kürdəmirdə namus davası - İki nəfər xəstəxanalıq oldu - VİDEO
23
sen
2019
23:38
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Kürdəmir rayonunda kütləvi dava olub.BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Çöl-Qubalı kəndində qeydə alınıb.Belə ki, həmin kəndin sakinləri - 1990-cı il təvəllüdlü Hüseynov Ramiz Mübariz oğlu və 2000-ci il təvəllüdlü Hüseynov Elxan İlham oğlu "QAZel" markalı avtomobillə kənd ərazisində hərəkətdə olarkən onların qarşısını həmkəndliləri - Həsənov İntizam, Həsənov Elşən, Həsənov Sahil və Həsənov Elbrus kəsiblər.Aralarında yaranan mübahisə sonda əlbəyaxa davaya çevrilib. Nəticədə Ramiz və Elxan Hüseynovlar küt alətlərlə ağır bədən xəsarətləri alıblar. Onlar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər.Qeyd edək ki, hadisə nəticəsində Hüseynov Ramizə məxsus "QAZel" markalı yük maşınına ciddi ziyan dəyib.Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
"Mercedes" elektrik dirəyinə çırpılıb: yaralılar var
Masallı-Yardımlı yolunda qəza : 4 nəfər yaralı var. BAKU.WS-in bölgə müxbirinin məlumatına görə, qəza Masallı rayonunun Ərkivan qəsəbəsində baş verib. Rayonun D...