Kürdəmirdə köhnə mehmanxanada yanğın baş verib - FOTO
07
fev
2021
21:30
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Kürdəmir rayonu ərazisində yanğın hadisəsi olub.
BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə rayonun H. Əliyev prospektində yerləşən köhnə mehmanxanada qeydə alınıb. Yanğın ümumi sahəsi 900 kv.m və 3 mərtəbədən ibarət olan binanın 3-cü mərtəbəsində otaqlardan birinin döşəməsində baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir rayon Dövlət Yanğından Mühafizə İdarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Yanğın söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
"EuroHome”dakı yanğın söndürüldü - VİDEO - YENİLƏNİB-1
Bu gün səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi...