Kürdəmirdə güclü yanğın: İkimərtəbəli ev əşyaları ilə birlikdə kül oldu
07
mar
2026
13:40
Kürdəmirin Sığırlı kəndində yanğın baş verib.
Kənd sakini Raqif Zeynalova məxsus ümumi sahəsi 380 kvadratmetr olan ikimərtəbəli ev əşyaları ilə birlikdə yanaraq külə dönüb.
"Balam evdə yox idi. Ev-eşiyi yanıb külə döndü. 20 illik əziyyət heç oldu. Cehiz də içində idi, hər şey yandı", - deyə ev sahibinin anası Əfiqə Zeynalova Baku TV-yə hadisə barədə danışarkən bildirib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub, yanğın söndürülüb.
Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.
Oxşar xəbərlər
Fəhlə iş zamanı həyatını itirdi
Ağdamda bədbəxt hadisə baş verib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, işğaldan azad edilmiş Eyvazxanlı kəndində aparılan tikinti işləri zamanı 1990-cı il...