Kürdəmirdə bələdiyyə sədri məhkəmə binasında vəfat edib
Yeniliklərdən dərhal xəbərdar olun
Kürdəmirdə bələdiyyə sədri məhkəmə binasında vəfat edib.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin H.Əliyev prospektində qeydə alınıb.
Belə ki, rayonun Karrar kənd bələdiyyəsinin sədri Cəfərov Sahib rayon məhkəməsinin inzibati binasına daxil olarkən halı pisləşib və o yıxılaraq huşunu itirib. Ətrafdakı insanlar onu xəstəxanaya çatdırmaq istəsələr də, Cəfərov Sahib ürəktutmasından dünyasını dəyişib.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.
Qeyd edək ki, Sahib Cəfərov bir müddət əvvəl ürəyindən əməliyyat olunub.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Kriminal avtoritet dostunu güllələyərək öldürdü - TƏFƏRRÜAT - FOTO - YENİLƏNİB
Ötən gecə Kürdəmir rayonunda qətl hadisəsi törədilib. 55 yaşlı Cümşüd İslamov saat 23 radələrində Kürdəmir Mərkəzi Xəstəxanasının qarşısında - 69-cu məhəllə adl...