Kürdəmirdə azyaşlıya vurulan iynə onu komaya salıb

09
may
2023
21:01
Kürdəmirdə azyaşlıya vurulan iynə onu komaya salıb.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Babək küçəsində qeydə alınıb.
Belə ki, müalicə məqsədilə 4 yaşlı Yusifli Elmira Rahim qızına nənəsi antibiotik iynəsi vurub. Bu zaman azyaşlının halı pisləşib və komaya düşüb.
Yaxınları onu dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Həkimlər uşağa ilkin tibbi yardım göstərsələr də, onun vəziyyəti ağır olduğundan dərhal azyaşlını Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriblər.
Hazırda fakt araşdırılır.
Oxşar xəbərlər
Azərbaycanda inanılmaz olay: 200 iynə udan gənc həkimləri şoka saldı
28 yaşlı Şəmkir rayon sakini hər gün 6-7 ədəd iynə udur. Rayon xətəxanasında maraqlı hadisə baş verib.BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, rayon sakini, 2...