Kürdəmirdə avtomobil YANDI

15
iyn
2025
13:20
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kürdəmir şəhəri, Soltan Şıxaliyev küçəsində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.
BAKU.WS xəbər verir ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qarşısı alınaraq qısa müddətdə söndürülüb. Yanğın nəticəsində "VAZ 2104" markalı minik avtomobilinin salon hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Oxşar xəbərlər
Kürdəmirdə 21 min əhaliyə xidmət edən magistral su boru xətti partlayıb
Kürdəmirdə şəhər ərazisini və dörd kəndi içməli su ilə təmin edən magistral su borusu partlayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə iyun ayının...
