Kürdəmirdə 21 min əhaliyə xidmət edən magistral su boru xətti partlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Kürdəmirdə şəhər ərazisini və dörd kəndi içməli su ilə təmin edən magistral su borusu partlayıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə iyun ayının 14-də axşam saatlarında magistral borunun Ağsu rayonunun Ərəbmehdibəy kəndindən keçən hissəsində qeydə alınıb.
Dərhal hadisə yerinə Kürdəmir su melorasiya sistemlərinin istismarı idarəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Su xəttində baş vermiş hadisənin aradan qaldırılması istiqamətində zəruri işlər həyata keçirilir.
Kürdəmir su melorasiya sistemlərinin istismarı idarəsini rəis müavini Arzu Şahbazov bildirib ki, 21 min sakini içməli su ilə təmin edən Külüllü-Kürdəmir su xəttinin 560 millimetr diametrlik su xəttində qəza baş verib. Həmin andan qəzanın aradan qaldırılması üçün tədbirlər həyata keçirilib. Yaxın saatlarda su təchizatı bərpa olunacaq.
Qeyd edək ki, Külüllü-Kürdəmir magistral su xəttinin inşasına 2011-ci ildə başlanılıb və 2013-cü ildə tamamlanaraq istifadəyə verilib. Bu magistral su xəttindən Kürdəmir şəhəri daxil olmaqla rayonun 4 kəndi o cümlədən Xırdapay,Atakişili,Qaraqocalıvə Çöhranlı kəndlərinin əhalisi mütəmadi olaraq istifadə edir.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....