Kürdəmir polisi velosipedçilərə qarşı reyd keçirib
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət Yol Polisi (DYP) Kürdəmir rayonunda reyd keçirib.
BAKU.WS report-a istinadən xəbər verir ki, məqsəd velosiped istifadəçilərinin tam şəkildə yol hərəkəti qaydalarına riayət etməsi və eləcə də piyadaların piyada keçidindən düzgün istifadə etməsinə nəzarətin gücləndirilməsidir.
DYP əməkdaşları velosipedçilərlə profilaktiki söhbətlər aparıb və onlara qaydalara ciddi şəkildə riayət etməsini məsləhət görüb.
Eyni zamanda hər bir velosiped istifadəçisinə və piyadalara koronavirus pandemiyasının yarada biləcəyi təhlükələr barədə geniş məlumat verib, onlara tibbi maskalar paylanılıb.
Bu kimi reydlərin rayon ərazisində mütəmadi olaraq davam etdirilməsi nəzərdə tutulur.
Qalereya
Oxşar xəbərlər
Bakıda piyada keçidində DƏHŞƏTLİ QƏZA - VİDEO +18
Bakıda nizamlanmayan piyada keçidindən qaçaraq keçən kişini avtomobil vurub. BAKU.WS “avtosfer.az”a istinadən xəbər verir ki, hadisə bir müddət əvvəl baş verib....