Kürdə suyun səviyyəsi azalıb
28
may
2024
12:40
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
28 may saat 12:00-a olan məlumata əsasən Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi tədricən azalıb.
Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, hidroloji məntəqədən əldə olunan məlumata görə, hazırda çayda suyun səviyyəsi 497 sm təşkil edir.
Xatırladaq ki, qonşu ölkələrin ərazisinə yağan intensiv yağışlar nəticəsində mayın 26-da Kür çayının Ağstafa rayonu ərazisindən keçən Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi kəskin artmışdı.
Oxşar xəbərlər
Hidrometeorologiya Xidməti: Kürün səviyyəsi 5 metrdən yuxarıdır
Mayın 26-da qonşu ölkələrin ərazisində Debed çayının hövzəsinə yağan leysan yağış nəticəsində çaydan güclü sel keçib, Kürün səviyyəsinə təsir edib. Bu barədə B...