Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb
Kür çayında suyun səviyyəsinin artması Ağcabədi rayonu ərazisində Qarqar çayının mühafizə bəndinin bir hissəsinin yarılmasına səbəb olub.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, nəticədə bənddən su sızması baş verib.
Kür-Araz çaylarında bəndlərin istismarı idarəsinin rəisi Elman Nuriyevin verdiyi məlumata görə, Kürdə suyun səviyyəsinin yüksəlməsi səbəbindən axın Qarqar çayı istiqamətinə yönəlib. Nəticədə çayın təxminən 700 metr yuxarı hissəsində mühafizə bəndində sızma yaranaraq yarılma baş verib.
Bildirilib ki, hazırda axan su əhali üçün təhlükə yaratmır, Kürlə Qarqar çayı arasındakı axımın qarşısını almaq üçün tədbirlər davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
Ərini öldürən qadının məhkəməsi: "11 ay mənimlə üzbəüz oturub çörək yeyib, oğlumu öldürdüyünü gizlədib"
Ərini qətlə yetirərək yaşadığı həyətdə basdırmaqda təqsirləndirilən Elmira İbrahimovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. BAKU.WS Oxu.az-a...