Kürdə batan Ramin Vətən müharibəsi iştirakçısı imiş... - FOTO

Kürdə batan Ramin Vətən müharibəsi iştirakçısı imiş... - FOTO
Foto
Hadisə 290
Yanvarın 31-də Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində qayıq batıb və iki nəfər itkin düşüb. Bu gün itkin düşənlərdən 1995-ci il təvəllüdlü Sadıxbəyli Ramin Qaçay oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, Ramin Sadıxbəyli Vətən müharibəsi iştirakçısı olub. O, döyüşə Səfərbərlik xidmətinin çağırışı ilə yollanıb. Topraqlarımızın azadlığı uğrunda bir sıra döyüşlərdə iştirak edən Sadıxbəyli, yanvarın əvvəlində tərxis olunaraq evə qayıdıb.Məlumata görə, Bakıda yaşayan Ramin Mingəçevirə qonaq gedibmiş. O, sabah paytaxtda torpağa tapşırılacaq.Qeyd edək ki, hadisə nəticəsində itkin düşən digər şəxs - 1980-ci il təvəllüdlü Yusifov Səfxan Aydın oğlunun axtarışları davam etdirilir.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər