Kürdə balıq və digər su bioloji resurslarının məhv olması faktı ilə bağlı araşdırma aparılır

Kürdə balıq və digər su bioloji resurslarının məhv olması faktı ilə bağlı araşdırma aparılır
Hadisə 82

Kür çayının Azərbaycana daxil olan hissəsində balıq və digər su bioloji resurslarının məhv olması faktı aşkar edilib.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti məlumat yayıb.

Qeyd edilib ki, Xidmətim həyata keçirdiyi nəzarət tədbirləri zamanı aşkarlanan hallarla əlaqədar ilkin araşdırmalara başlanılıb. Sözügedən ərazidən su nümunələri götürülərək analizlərin aparılması üçün Mərkəzi Laboratoriyaya təqdim edilib.

Analizlərin nəticələri əldə olunduqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər