Külək maşını aşırdı, qadın sürücü və anası öldü - FOTO
08
avq
2019
12:39
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Avqustun 5-də Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən 5-ci km-də Abbasova Nuranə Məhəmməd qızının idarə etdiyi "Nissan Micra" markalı 99 SH 379 dövlət nömrə nişanlı avtomobil güclü küləkdən idarəetmənin itirib və aşıb.BAKU.WS “unikal.org”a istinadən xəbər verir ki, nəticədə avtomobildə xəsarət alan sərnişin Qadımova Gülqəz Savalan qızı xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.1951-ci il təvəllüdlü Gülqəz Qadımova əslən Füzuli rayon Köçəhmədli kəndindəndir.Mərhum qəza zamanı avtomobili idarə edən xanım sürücünün anasıdır.Onlar Nabrandan istirahətdən qayıdarkən qəzaya düşüblər. Mərhum Binəqədi rayonunda yerləşən məcburi köçkün məktəbində Azərbaycan dili-Ədəbiyyatı müəllimi işləyirmiş.
Qalereya
Oxşar xəbərlər
Bakıda "Nissan" YPX avtomobilinə çırpıldı - Polis xəsarət aldı
Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib.BAKU.WS APA-ya istinadən xəbər verir ki, 1993-cü il təvəllüdlü Məmmədov İmran Nazim oğlu idarə etdiyi...