Küçədə qazılan iri quyu təhlükə yaratdı - ADSEA-dan açıqlama
Abşeron rayonunun Masazır kəndi ərazisində təhlükəli vəziyyət yaranıb.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, Hacı Zeynalabdin Tağıyev küçəsində yaxın keçmişdə yağan yağışlardan sonra küçədə qazılmış quyu hazırda açıq və nəzarətsiz vəziyyətdə qalıb.
Məlumata görə, kənddaxili əsas yollardan biri hesab olunan bu ərazi artıq iki həftədir qazılsa da, heç bir bərpa və ya təhlükəsizlik tədbiri görülməyib.
Ərazidə yaşayanlar qeyd edir ki, açıq qalan quyu həm piyadalar, həm də nəqliyyat vasitələri üçün ciddi təhlükə yaradır. Xüsusilə gecə saatlarında və yağışlı havalarda risk daha da artır.
Məsələ ilə əlaqədar ADSEA-nın mətbuat xidmətinə sorğu ünvanladıq. Qurumdan BAKU.WS-ə bildirildi ki, sözügedən ünvanda qazıntı işləri özbaşına vətəndaşlar tərəfindən icra edilib. Qazıntı zamanı ərazidən keçən içməli su xətti zədələnərək yararsız hala salınıb:
"Əraziyə müvafiq sukanal idarəsi tərəfindən baxış keçirilib. Borunun zədələnmiş hissəsinin dəyişdirilməsi üçün material sifariş edilib, yaxın günlərdə xətt dəyişdiriləcək".
Qalereya
Oxşar xəbərlər
Vüsal Şilderin qətlinin sifarişçisi 13 il sonra Azərbaycana gətirilib
Vüsal Şilderin qətlinin sifarişində təqsirləndirilən Xəyal Məzahir oğlu Əlizadə Azərbaycana ekstradisiya olunub. BAKU.WS xəbər verir ki, bu barədə Ədliyyə Nazir...