Kristian Terheş: "Azərbaycan Aİ üçün strateji əhəmiyyətə malikdir"
Azərbaycan Avropa İttifaqı (Aİ) üçün strateji əhəmiyyət kəsb edir.
BAKU.WS xəbər verir ki, bu barədə report-a Avropa bürosuna müsahibəsində rumıniyalı deputat, Avropa Parlamentinin üzvü Kristian Terheş bildirib.
"Azərbaycan bir sıra səbəblərə görə strateji cəhətdən əhəmiyyətlidir. O, energetika, nəqliyyat əlaqələri sahəsində tərəfdaş və Avropa ilə Asiya arasında bir körpüdür. Ölkə unikal coğrafi mövqeyə malikdir və regional nəqliyyat və ticarət şəbəkələrində mühüm rol oynayır", - o qeyd edib.
Onun sözlərinə görə, iqtisadiyyatdan əlavə, Azərbaycan həm də regional sabitliyə və əməkdaşlığa töhfə verir:"O, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri ilə sıx əlaqələr saxlayır və dinlərarası birgəyaşayışın və regional inteqrasiyanın nümunəsi ola bilər. Buna görə də, Aİ ilə Azərbaycan arasındakı münasibətlərə uzunmüddətli strategiya prizmasından baxmalıyıq. Hər iki tərəf sıx əməkdaşlıqdan çox şey qazana bilər".
Avropa Parlamentinin Azərbaycanla münasibətlərindəki problemlərə toxunan K.Terheş qeyd edib ki, dialoqun bərpası və maraqların açıq-aşkar üst-üstə düşdüyü sahələrdə – siyasi qarşılıqlı fəaliyyət, iqtisadi əməkdaşlıq, nəqliyyat əlaqələri, enerji təhlükəsizliyi və regional sabitlik sahələrində əməkdaşlığın inkişafı prioritet olmalıdır:
"Əminəm ki, hər iki tərəfdən dialoqu bərpa etmək üçün səmimi istək var. Avropa Parlamentindəki işimə əsaslanaraq deyə bilərəm ki, qarşılıqlı fəaliyyətin bərpasına ən müxtəlif siyasi qüvvələrin nümayəndələri dəstək göstərirlər. Əksər deputatlar Azərbaycanın strateji əhəmiyyətini və onunla konstruktiv münasibətlərin dəyərini anlayır".
Avropa Parlamentinin deputatı hesab edir ki, Azərbaycanın təklif edə biləcəyi çox şey var: "O, regional nəqliyyat əlaqələrində mühüm rol oynayır, Mərkəzi Asiya və Cənubi Qafqazla sıx əlaqələr saxlayır və bütün regionda iqtisadi əməkdaşlığa və sabitliyə töhfə vermək iqtidarındadır. Buna görə də avropalı siyasətçilərin Azərbaycanın mövqeyini birbaşa eşitmələri və ölkə haqqında daha balanslı təsəvvür formalaşdırmaları vacibdir".
Müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.
Oxşar xəbərlər
İrakli Kobaxidze: Gürcüstanda 1 835 nəfər müharibə zamanı itkin düşmüş şəxs kimi qeydiyyatdadır
Gürcüstanda 1 835 nəfər müharibə zamanı itkin düşmüş şəxs kimi qeydiyyatdadır. BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakl...