Kriminal avtoritet Rizvan Hüseynov özünü yeddinci mərtəbədən atıb
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyada federal axtarışda olan kriminal avtoritet Rizvan Hüseynov (“Rezvıy”) polis təqibindən qaçarkən özünü binanın yeddinci mərtəbəsindən atıb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, o, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı yoxlamalara başlanılıb. Polislərin onu təqib etməsinin səbəbi açıqlanmır.
“Rezvıy” xabarovlu məşhur kriminal avtoritet Aleksandr Voroninin (Malış) silahdaşı sayılıb.
Hüseynovu hüquq-mühafizə orqanlarının işçiləri belə xarakterizə ediblər: “Hiyləgər, bacarıqlı, eyni zamanda tez əsəbiləşən, asanlıqla aqressivləşən biridir. Çox təhlükəlidir. Saxlanılması halında silahlı müqavimət göstərə bilər”.
Oxşar xəbərlər
İlyas İsmayılovun oğlu üçün killer polkovnik - üç güllənin üç sirri...
Qətli törədən sabiq polis Gözəl Dəmirovun Etimad İsmayılova Belarusda birgə iş görmək adı altında aldığı külli miqdarda borcu qaytarmadığı deyilir; partiya sədr...