Kriminal avtoritet olan atalarını öldürən 3 bacı azadlığa buraxıldı
28
sen
2018
08:35
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Moskvanın Basmannı məhkəməsi 57 yaşlı erməni kriminal avtoritet Mixail Xaçaturyanı öldürən 3 doğma qızının azadlığa buraxılması barədə qərar qəbul edib.BAKU.WS-in “Qafqazinfo”ya istinadla verdiyi məlumata görə, tədqiqatçıların tələbi ilə proses bitmiş elan edilib, tərəflər etiraz etməyiblər.Bacılara gecələr yaşayış yerini tərk etmək, müstəntiq və qohumlarından başqa tanımadığı şəxslərlə əlaqə saxlamaq qadağan edilib. Hətta bacılara bir-biri ilə ünsiyyətdə olmaq, mobil telefondan və internetdən istifadə də 28 dekabra kimi yasaqlanıb.Xatırladaq ki, M. Xaçaturyan bu il iyulun 27-də 17,18 və 19 yaşındakı doğma qızları Angelina, Kristina və Mariya tərəfindən qətlə yetirilib. Onun boynu və bədəninin digər nahiyələri kəsilmiş-deşilmiş olan cəsədi çoxmərtəbəli binanın girişində tapılıb. Şübhəli kimi saxlanılan bacılar cinayəti etiraf ediblər. Onlar atalarının təzyiqlərindən təngə gəldiklərini bildiriblər. BAKU.WS
Oxşar xəbərlər
Ekstrasens Zirəddin Xaçaturyanın qətlini araşdırır - FOTO
Rusiyanın “Komsomolskaya Pravda” nəşri üç qızı tərəfindən öldürülən atanın qətlinin araşdırılması məsələsinə azərbaycanlı ekstrasens Zirəddin Rzayevi cəlb edib....