Kərim üsyan etdi: "İkisini də öldürdünüz"
03
avq
2018
15:38
Bir neçə gün öncə Bərdədə xanəndə Novruz Hüseynov dostu Miryusif Mirizadəni 14 bıçaq zərbəsi ilə qətlə yetirib, sonra isə özünü su kanalına atıb və boğulub.BAKU.WS xəbər verir ki, müğənni Kərim Abasov xanəndələrin ikisinin də pul üstündə öldürüldüyünü düşünürdüyünü dilə gətirib:"Bu muğam ifaçılarının nə günahı olub ki, 14 bıçaq zərbəsi ilə vəhşicəsinə qətlə yetirildi? İkisini də öldürdünüz. Niyə? Bildiniz ki, toydan gəlirlər, bir az ciblərində pul var, ona görə? Elnarə Abdullayeva efirdə deyir ki, müğənninin yanında niyə cangüdən olmalıdır? Elnarə xanım, millətin hamısı sizin düşündüyünüz kimi normal deyil. Manyakı var, xəstəsi var, atasını-anasını öldürən var, bacısını zorlayan var. Ona görə də sənətçinin yanında dostu-tanışı olmalıdır. Sabah belə iş hamının başına gələ bilər. Yazıqlar heç nədən getdilər. Hələ də şokdayam.Elnarə xanım, sizin düşündüyünüz insanlar 50 il bundan öncəki insanlardır. Hansı ki, o vaxt hər kəs saf və dürüst idi. Hansı ki, o vaxt (sənə atdım) anlamı yox idi. Elnarə xanım, kimlərinsə sənə şərhlərdə "sənə halaldır" yazmasına görə belə şeylər demək lazım deyil. Mən həyatımı kimlərinsə gözündə sadə biri kimi göstərib, özümü bədbəxt edə bilmərəm. Mənim balam böyüyür, ona lazımam. Sizə də məsləhətim budur ki, heç kimi qınamayın. Kim cangüdən tutur və ya kimin telefonuna meneceri cavab verir, əcəb edir. Cibinin puluna tutur. Sənətçi o insanı dolandırırsa, deməli, Azərbaycanda işsiz olan bir insan azalır və o insan da o pulu ailəsinə, balasına aparır. Sadəlik cangüdənlə və ya menecerlə ölçülmür. Ehtiyat igidin yaraşığıdır. Allah sizə rəhmət eləsin".Xatırladaq ki, ötən gün xanəndə Miryusif Mirizadəni yaxın dostu, həmkarı Novruz Hüseynov qətlə yetirib. O, həmkarını 14 bıçaq zərbəsi ilə öldürdükdən sonra özünü Qarabağ su kanalına ataraq intihar edib. Onun meyiti hadisənin baş verdiyi ərazidən 5 km aralıda, Ağcabədinin Qiyaməddinli kəndi ərazisində tapılıb.Zülfiyyə QurbanovaBAKU.WS
Oxşar xəbərlər
Yaxın dost olan xanəndələr bir-birinə niyə düşmən kəsildi? - YENİ MƏLUMAT - VİDEO
Bərdədə xanəndə dostunu 14 bıçaq zərbəsi ilə qətlə yetirib, sonra isə özünü su kanalına atıb və boğulub.Xezerxeber.az-ın məlumatına görə, hadisə ötən gün Bərdəd...