Kramatorskda yaşayan azərbaycanlıların evləri və biznesi məhv oldu

Kramatorskda yaşayan azərbaycanlıların evləri və biznesi məhv oldu
Foto
Hadisə 49

Ukraynanın Kramatorsk şəhərini Rusiya ordusunun bombalaması nəticəsində burada yaşayan azərbaycanlılar zərər çəkiblər.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Donetsk vilayətində Ukraynanın nəzarətində qalan bu şəhərdə zərər çəkənlərdən biri Kramatorskda Azərbaycan diasporunun rəhbəri Mübariz Rüstəmovdur.

Ona məxsus 500 kvadratmetrlik ticarət obyekti, obyektə məxsus avtomobillər raket və dron zərbələrindən tamamilə məhv olub.

Aviazərbələr nəticəsində bu şəhərdə yaşayan digər azərbaycanlı, 1960-cı il təvəllüdlü İsmayılov Niyyətullanın da evi ciddi zərər görüb, özü isə yaralanıb. Zərbələr nəticəsində onun avtomobili də sıradan çıxıb.

Kramatorskda yaşayan Həsən Məmmədovun da yaşadığı yer dron zərbələri nəticəsində yararsız hala düşüb.

Qeyd edək ki, Kramatorsk şəhəri daimi atəş altındadır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər