Körpüdən dəmir yolu xəttinə düşərək yanan yük maşınının görüntüləri - VİDEO

Xəbər verdiyimiz kimi, Qızılburun - Gilgilçay istiqamətində hərəkət edən yük avtomobilinin körpüdən dəmir yolu xəttinin üzərinə düşərək yanıb.
Qəzanın baş verdiyi ərazidən görüntülər BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Videodan da aydın olur ki, yük maşını yanaraq yararsız vəziyyətə düşüb.
Xatırladaq ki, bu gün saat 04:00-da Qızılburun - Gilgilçay istiqamətində hərəkət edən yük avtomobili idarəetməni itirərək körpüdən aşıb və dəmir yolu xəttinin üzərinə düşüb.
Azərbaycan Dəmir Yollarından (ADY) BAKU.WS-ə bildirilib ki, hadisə nəticəsində yanğın baş verib, Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə briqadası dərhal hadisə yerinə cəlb edilib və yanğın qısa müddətdə söndürülüb.
Hadisənin baş verdiyi vaxt həmin sahədə qatarlar hərəkətdə olmayıb. Hazırda yük maşınının sahədən götürülməsi üçün tədbirlər görülür və dəmir yolu infrastrukturuna dəymiş ziyan müəyyənləşdirilir.
İlkin araşdırmalara əsasən dəmiryol xəttinin kontakt şəbəkəsi ciddi zədələnib və hazırda həmin istiqamət üzrə qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb. Baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində sürücü həyatını itirib. Hadisənin baş vermə səbəbləri araşdırılır.
Sözügedən görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Bakıda şirkət işçisi keçmiş arvadını hotelə aparıb güllələdi - Hadisənin PƏRDƏARXASI
Baku TV-nin "Sonuncu şahid" layihəsinin budəfəki buraxılışı Ömər Behbudovun (şərti ad və soyad) keçmiş həyat yoldaşı Nazilə Əhmədovanı (şərti ad və soyad) güllə...
